Madrid "Real"ı braziliyalı ulduz Vinisius Junioru komandada saxlamaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Kral klubu" futbolçunu bu yay satmağı planlaşdırmır və onunla yeni uzunmüddətli müqavilə imzalanacağına inanır.
Vinisiusun hazırkı müqaviləsinin başa çatmasına bir il qalsa da, "Arsenal" onun durumunu yaxından izləyir. Buna baxmayaraq, "Real"ın yeni baş məşqçisi Joze Mourinyo braziliyalını komandanın əsas simalarından biri hesab edir və onun qalmasını istəyir.
Bildirilir ki, klub prezidenti Florentino Peres də danışıqlarda şəxsən iştirak edir və Vinisiusun uzun illər Madrid təmsilçisində çıxış etməsinin tərəfdarıdır.
Qeyd edək ki, tərəflər bu həftə yeni müqavilə ilə bağlı növbəti danışıqları keçirəcəklər. Bununla yanaşı, "Arsenal" futbolçu ilə bağlı vəziyyəti izləməyə davam edəcək.