"Çox ağır oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Aleksey İsayev deyib.
Yarımmüdafiəçi Finlandiyada "KuPS"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:
"İlk hissədə meydançaya uyğunlaşmağa çalışdıq. Birinci yarıda istədiyimiz oyunu o qədər də göstərə bilmədik. Fasilədə baş məşqçimiz bizə lazım olan tapşırıqları verdi. Toparlandıq, meydana çıxdıq. Yaratdığımız imkanlardan yararlandıq və öz futbolumuzu sərgiləməyə başladıq".
İsayev hazırda növbəti rəqibi gözlədiklərini bildirib:
"Klub tarixində ilk addımı atdıq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. Amma bununla kifayətlənməməliyik. Daha irəli getməliyik. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Sizi çox sevirik. Dəstəyiniz üçün minnətdarıq".