"Neftçi"dən ayrılandan sonra işsiz olan Samir Abasova yeni təklif gəlib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

Məşqçi karyerası ərzində "Sumqayıt", "Zirə" və "Neftçi" kimi klubları çalışdırmış 48 yaşlı mütəxəssis bu dəfə ölkə xaricinə yollanmağa yaxındı. Mənbəmizin sözlərinə görə, ona Şərqi Avropa ölkələrinin birinin elitasında çıxış edən klubun "sükanı arxasına" keçmək təklif olunub. Artıq bu barədə tərəflər arasında ilkin danışıqlar da baş tutub.

 

Abasov  düşünmək üçün qarşı tərəfdən vaxt istəyib. Yaxın bir həftə ərzində bütün suallara aydınlıq gəlməlidir.

 

Qeyd edək ki, "Neftçi" sonuncu dəfə məhz sumqayıtlı mütəxəssisin rəhbərliyi altında çempionluq sevinci yaşayıb. "Sumqayıt"da işlədiyi dönəmdə isə komanda Konfrans Liqasına vəsiqə qazanıb.