Muin Şaabaninin Tunis millisinin yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
45 yaşlı məşqçi ilə dörd illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şaabani məşqçi karyerası ərzində Tunisin "Esperanse", Misirin "Al-Masri" və "Keramika Kleopatra" klublaarında çalışıb. Mərakeş təmsilçisi "Berkane"nin də "sükanı arxasında" olub. "Esperanse" ilə iki dəfə CAF Çempionlar Liqasını (2018, 2019) və üç dəfə Tunis Çempionluğunu (2019-2021) qazanıb. Klub tarixində ilk dəfə "Berkane"ni 2025-ci ildə Mərakeş çempionu edib və həmçinin CAF Konfederasiya Kubokunu qazanıb.