"Zirə" "Payde" ilə matçda mərhələni keçmək üçün əlindən gələni edəcək. Sport24.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.

 

"Mərhələnin ilk oyununda 0:1 hesabı ilə udizmuşuq. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq", - mütəxəssis vurğulayıb.

 

O, rəqibin zəif olmadığını bildirib:

 

"Burada elə-belə rəqib olmur. "Payde" də təcrübəli komandadır. Baş məşqçiləri də təcrübəlidir. Rəqibin planı barədə məlumatımız yoxdur. Buna baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq".

 

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.