"Kristal Pelas" "Milan"ın yarımmüdafiəçisi Yussuf Fofananın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçi baş məşqçi Ruben Amorimin planlarına daxil olmadığı üçün "rossoneri"dən ayrılmağa hazırdır.
Fofana 2024-cü ildə "Monako"dan "Milan"a transfer olunub.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm "qırmızı-qaralar"ın heyətində bütün turnirlərdə 36 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.