"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, meydanda diqtə edən tərəf biz idik. Rəqib müdafiədə yaxşı iş gördü". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin müdafiəçisi Ruan Renato UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Payde" ilə cavab matçından əvvəl keçirilən mətbuat konfransında deyib.

 

Brazliyalı müdafiəçi bu dəfə fərqli oynamaq və mərhələni keçmək istədiklərini bildirib:

 

"Biz həftə ərzində bütün hazırlıqlarımızı bu yöndə aparmışıq. İlk oyundan fərqli, qol fürsətlərindən yararlanmaq istəyirik".

 

Qeyd edək ki, "Zirə" "Payde" ilə səfərdə keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzub. Sabah Sumqayıtda oynanılacaq cavab matçın start fiti saat 20:00-da səslənəcək.