"Sabah" Aaron Maluda ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, 20 yaşlı futbolçu İsveçrənin "Bazel" klubuna transfer olunub.
Maluda ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.
Klub Aaron Maludaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.