UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Payde" (Estoniya) oyununun biletləri sabah - iyulun 30-u saat 12:00-dan satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.

 

Biletlər Sumqayıt şəhər stadionun kassasında satılacaq.

 

Qeyd edək ki, "Zirə" - "Payde" qarşılaşması sabah keçiriləcək və saat 20:00-da start götürəcək.