"Yuventus"un keçmiş baş məşqçisi İqor Tudor karyerasını "Tottenhem"də davam etdirməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media platformasında paylaşım edib.
Mənbənin sözlərinə görə, mütəxəssis yaya qədər London klubunu çalışdırmağa razıdır.
Bir müddət əvvəl mətbuatda Tomas Frankın vəzifəsindən kənarlaşdırılmasından sonra xorvatiyalı mütəxəssisin mövsümün sonuna qədər baş məşqçi ola biləcəyi bildirilirdi. Tudordan başqa boş qalan posta iki namizəd var. Bunlar italiyalı Roberto De Zerbi və argentinalı Maurisio Poçettinodur.
Qeyd edək ki, "Tottenhem" 26 oyundan 29 xalla turnir cədvəlində 16-cı yerdədir.