"Qarabağ"ın üç aparıcı futbolçusu İngiltərədə "Nyukasl"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxmaq təhlükəsi ilə üz-üzədir. Sport24.az-ın məlumatına görə, söhbət yarımmüdafiəçi Marko Yankoviç, müdafiəçilər Mateus Silva və Kevin Medinadan gedir.

Sözügedən oyunçular Bakıdakı ilk qarşılaşmada sarı vərəqə alsalar, cəzalı duruma düşəcək. Çünki onlar daha əvvəl Liqa mərhələsində 2 dəfə bu halla üzləşiblər.

Qitənin bir nömrəli klub turnirində sarı vərəqələr play-off mərhələsindən sonra sıfırlanır.

Qeyd edək ki, "Qarabağ" - "Nyukals" matçı fevralın 18-də, cavab görüşü isə fevralın 24-də olacaq.