Nüfuzlu "Transfermarkt" portalı bu gün üçün dünyanın ən bahalı qapıçılarının reytinqini dərc edib. Sport24.az xəbər verir ki, siyahıda ilk "10-luq"da yer alan qolkperin hamısı "böyük beşlik"də çıxış edən komandaların formasını geyinir.

 

Siyahıya 45 milyon avro dəyərində "Mançester Siti" və İtaliya millisinin qapıçısı Canluici Donnarumma başçılıq edir. İkinci yeri isədörd qapıçı bölüşür: "Brayton"dan Bart Verbrüggen, "Barselona"dan Joan Qarsiya, "Portu"dan Diogo Kosta və "Borussiya"dan Qreqor Kobel. Hər dörd qapıçının dəyəri 40 milyon avrodur.

 

Dünyanın ən bahalı qapıçılarının siyahısı:

 

1. Canluici Donnarumma ("Mançester Siti") — 45 milyon avro

2. Bart Verbruggen ("Brayton") — 40 milyon avro

2. Joan Qarsiya ("Barselona") — 40 milyon avro

2. Dioqo Kosta ("Porto") — 40 milyon avro

2. Qreqor Kobel ("Borussiya", Dortmund) — 40 milyon avro

6. Mile Svilar ("Roma") — 35 milyon avro

7. David Raya ("Arsenal") — 35 milyon avro

8. Senne Lammens ("Mançester Yunayted") — 30 milyon avro

9. Lukas Şevalye (PSJ) — 30 milyon avro

10. Giorgi Mamardaşvili ("Liverpul") — 28 milyon avro