"Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde yayda klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Liverpul", "Mançester Siti" və "Çelsi" fransız oyunçu ilə maraqlanır. Xüsusilə "qırmızılar" müdafiəni daha etibarlı bir müdafiəçi ilə gücləndirməyi planlaşdırır. "Liverpul" Kunde üçün təxminən 80 milyon avro təklif etməyə hazırdır.
Kataloniya klubu 27 yaşlı oyunçunu yüksək qiymətləndirir və onu komandada saxlamaq istəyir, lakin ciddi bir təklif edilərsə, maliyyə tələblərini yerinə yetirməyin çətin olacağını başa düşürlər.
Transfer baş tutarsa, "Barselona" əldə edilən gəliri heyətini gücləndirmək üçün istifadə etmək niyyətindədir. Madrid "Atletiko"sunun hücumçusu Julian Alvares və "İnter"in müdafiəçisi Alessandro Bastoni namizədlər siyahısındadır. Katalonlar Kundenin əvəzedicisi olaraq Joao Kancelo ilə müqaviləni uzatmağı və ya "Yuventus"un müdafiəçisi Andrea Kambiasonu transfer etməyi düşünür.
Qeyd edək ki, 2022-ci ilin yayında "Sevilya"dan "Barselona"ya oynayır. O, bu mövsüm 40 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.