İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu açıqlanıb. Sport24.az xəbər verir ki, bu, "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşdir.

 

Portuqaliyalı futbolçu ötən ay 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

Fernandeş karyerası ərzində 6-cı dəfə Premyer Liqada ayın oyunçusu seçilib.