Qarabağ" bugünlərdə dünyasını dəyişmiş azarkeşi Zəfər Hacılının xatirəsini yad edib. Sport24.az xəbər verir ki, Ağdam klubu Azərbaycan Kubokunun "Sabah"la ilk yarımfinal görüşündə mərhum azarkeşin xatirəsini anıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunun monitoruna Zəfər Hacılının şəkli yerləşdirilib:

 

"Zəfər Hacılının "Qarabağ" sevgisi, dəstəyi və komandamıza bağlılığı hər zaman xatirələrdə yaşayacaq.


Zəfər Hacılıya Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk" - deyə paylaşım edilib.

 

Allah rəhmət eləsin!"