Rumıniyalı mütəxəssis Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirilib. Sport24.az xəbər verir ki, o, infarkt keçirib.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
80 yaşlı mütəxəssis hazırda müşahidə altında saxlanılır.
Luçesku bir neçə gün əvvəl də huşunu itirmiş və xəstəxanalıq olmuşdu. O, müayinələrdən sonra yenidən evə buraxılmışdı.