"Arsenal"ın sabiq futbolçusu Lukas Peresin yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, ispaniyalı forvard karyerasını ölkəsində davam etdirəcək.

 

37 yaşlı forvard "Kadis"lə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Razılaşmaya əsasən, Peres cari mövsümün sonunadək II Liqa təmsilçisinin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Lukas karyerası ərzində "Rayo Valyekano", Kiyev "Dinamo"su, PAOK, "Deportivo", "Vest Hem" və "Alaveş" kimi komandaların şərəfini qoruyub. O, son olaraq PSV-də çıxış edib.