"Neftçi"nin kapitanı Emin Mahmudov zədələnib. Sport24.az-ın əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi qasıq nahiyəsindən xəsarət alıb.

 

Mahmudov hazırda müalicə məqsədi ilə Serbiyadadır.

 

O, Misli Premyer Liqasının 26-cı turunda səfər matçını buraxacaq. Futbolçunun növbəti turlarda iştirakı müalicəsindən asılı olacaq.


Xatırladaq ki, "Sumqayıt" - "Neftçi" oyunu aprelin 5-də keçiriləcək.