"Milan" 40 yaşlı yarımmüdafiəçi Luka Modriçin müqaviləsini uzatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, xorvatiyalı futbolçunun anlaşmasında yayda başa çatacaq müqaviləni daha bir mövsüm uzatmaq bəndi var.  Modriç karyerasını davam etdirməyə hazır olarsa, "qırmızı-qaralar"ın təklifini nəzərdən keçirəcək.

 

Qeyd edək ki, Modriç bu mövsüm "Milan"ın heyətində bütün turnirlərə 25 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. "Milan" hazırda 23 oyundan 50 xalla A Seriyasında ikinci yerdədir. Turnir cədvəlinin zirvəsində isə 58 xalla "İnter" qərarlaşıb.