Misli Premyer Liqasında XX tura bu gün start verilir. Sport24.az xəbər verir ki, cari turda bir baş məşqçi və dörd futbolçu cəzalıdır.
"İmişli"nin futbolçusu Edvin Banqera, "Turan Tovuz"un yarımmüdafiəçisi Filip Ozobiç, "Araz-Naxçıvan"ın oyunçusu Patrik Andrade və "Neftçi"nin müdafiəçisi Elvin Bədəlov bu səbəbdən meydana çıxa bilməyəcək.
"Qəbələ"nin baş məçqçisi Kaxaber Tsxadadze də texniki zonada əyləşə bilməyəcək.
Qeyd edək ki, XX tura bu gün "İmişli" - "Qarabağ" oyunu ilə start veriləcək.