"Arsenal", "Çelsi" və "Nyukasl" "Nottingem Forest"in yarımmüdafiəçisi Omari Hatçinsonu "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur "Sports Boom"a açıqlama verib.
Mənbənin sözlərinə görə, "Nottingem Forest" futbolçunu 55-60 milyon funt sterlinqə (63-68 milyon avro) satmağı düşünür. Ondan ucuz təklif alacağı təqdirdə yarımmüdafiəçi tən azı bir mövsüm də klubda qalacaq.
Qeyd edək ki, Hatçinson bu mövsüm bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.