Türkiyə Superliqasının 22-ci turunda "Qalatasaray" "Eyüpsor"u məğlub edib. Sport24.az xəbər verir ki, "Rams Park"da baş tutan matç ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray"ın qollarını Yunus Akgün (2), Mauro İkardi (33, 48, 70) və Jerom Onqyuene (87-avtoqol) vurublar. Qonaqların heyətində isə Metehan Altunbaş (71) fərqlənib.