"Renn"in baş məşqçisi Həbib Beye "Marsel"i çalışdırmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

Beye hazırda "Renn" rəhbərliyi ilə müqaviləsini ləğv etmək barədə danışıqlar aparır və bundan sonra onun təyinatı rəsmi olaraq elan ediləcək.

 

Qeyd edək ki, Roberto De Zerbinin gedişindən sonra "Marsel"in baş məşqçisi vəzifəsi boş qalır. Komanda hazırda Liqa 1-də ldördüncü yerdədir.