"Tottenhem"in vingeri Uilson Odoberin sol dizində ön çarpaz bağı cırılıb. Sport24.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

 

21 yaşlı fransız futbolçu Premyer Liqanın 21-ci turunda "Nyukasl"la (1-2) matçın ilk hissəsində zədələnib. 

 

Futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Bu zədənin sağalma müddəti isə 6-8 ay çəkir. 

 

Qeyd edək ki, Odober bu mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.