"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynş İngiltərə Premyer Liqasının 26-cı turunda "Tottenhem"ə 1:2 hesabı ilə məğlub olduqları oyunda zədələnib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Gimaraynışın sol budundan zədə aldığı aşkarlanıb. O, ən azı iki ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, 28 yaşlı braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.