Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 20-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qubada baş tutacaq.

 

"İmişli" "Qarabağ"ı qonaq edir. Nominal meydan sahibləri qış fasiləsindən sonra qələbəyə həsrət qalıb. Qonaqlar isə çempionluq uğrunda mübarizə aparır. Kağız üzərində oyunun favoriti heç şübhəsiz ki, Qurban Qurbanovun komandasıdır. Ancaq "pələnglər" sürpriz etmək potinsialı var.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 14:30-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XX tur

14:30. "İmişli" - "Qarabağ"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba. Olimpiya İdman Kompleksinin stadionu.