Niderland Erediviziyasında mövsümünün 23-cü turu başlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" liqanın lideri PSV ilə qarşılaşıb.

 

Matç ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kökçü meydana start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzləndi.

 

"Volendam" hazırda 24 xalla 14-cü pillədədir.