Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçisi Volkan Demirellə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


"Gənclərbirliyi" çempionatda 32 turdan sonra 28 xalla 16-cı sıradadır.