"Bayer"in hücumçusu Florian Virts açıqlama verib. Sport24.az xəbər verir ki, Almaniya mətbuatına danışan 22 yaşlı futbolçu gələcəyi haqda bunları deyib:
"Bayer" kimi yüksək səviyyəli bir klubda olmaq böyük şansdır. Cənubi Amerika və ya Afrikadan gələn və karyeralarına burda davam edən komanda yoldaşlarıma böyük hörmətim var. Bir gün mən də onlar kimi rahatlığımdan çıxmaq və yeni səhifə açmaq istəyirəm. Futbolun mədəniyyətini bilirəm və hara getməyimdən asılı olmayaraq, uyğunlaşmaqda problem yaşamayacağam".
Virtsin adı "Real", "Bavariya" kimi klublarla hallanır. Alman futbolçu bu mövsüm 43 oyunda 16 qol vurub, 13 məhsuldar ötürmə edib.