"Napoli"nin hücumçusu Viktor Osimhen "Qalatasaray"da qalacaq. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə klubu nigeriyalının tələb etdiyi illik 16 milyon avro maaşı verməyə razılaşıb.
Qeyd edək ki, forvard ötən mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 41 matçda iştirak edib, 37 qol vurub, 8 məhsuldar ötürmə edib.