"Bavariya"nın müdafiəçisi Dayo Upamekano komanda yoldaşı Maykl Olisenin "Real"a keçməsinin qarşısını almağa çalışır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Fransa millisinin üzvü son həftələrdə Olise ilə dəfələrlə söhbət edərək onu Münhen təmsilçisində qalmağa razı salmağa çalışıb. Upamekano həm zarafatla "Gedə bilməzsən!" desə də, əsas arqumenti "Bavariya"da rəqabətli mühitdə çıxış edib titullar qazanmağa davam etməyin daha doğru seçim olmasıdır.

Qeyd edək ki, Maykl Olisenin adı son günlər "Real"la ciddi şəkildə hallanır.