"Trabzonspor"un U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib. Sport24.az xəbər verir ki, Türkiyə təmsilçisi yarımfinalda Avstriyanın "Zalzburq"u ilə qarşılaşıb.

 

Nyonda keçirilən qarşılaşma türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Qeyd edək ki, "Trabzonspor" finalda "AZ Alkmaar" – "Barselona" cütünün qalibi ilə üz-üzə gələcək.