Türkiyəli iş adamı Acun Ilıcalı Sloveniyanın "Maribor" klubunu satmağı planlaşdırır. Sport24.az türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın uğursuz çıxışı onu bu addımı atmağa məcbur edir.
Məlumata görə, Ilıcalı iki il əvvəl "Maribor"un səhmlərinin səhmlərinin 74 faizinə sahib çıxıb. Sahibkar klubdan gözlədiyi idman və maliyyə nəticələrini əldə edə bilmədiyi üçün kluba sərmayə qoymağı lazım bilmir və əsas diqqətini sahib olduğu "Hull Siti"yə yönəltmək niyyətindədir. "Hull Siti" Premyer Liqaya yüksələcəyi təqdirdə, yayım hüquqları və sponsorluqlardan təxminən 300 milyon avro gəlir əldə edə bilər.
türkiyəli iş adamı "Maribor"u təxminən 9 milyon avroya satmağa hazırdır. Klubla yunanıstanlı iş adamı Evangelos Marinakis maraqlanır. Marinakis hazırda "Nottinqem Forest", "Olimpiakos" və "Rio Ave" kimi klubların sahibidir.
Qeyd edək ki, Sloveniya çempionatında 16 dəfə qalib olan "Maribor" son üç mövsümü ikinci pillədə tamamlayıb.