Azərbaycanın veteran futbolçusu Tərlan Əhmədovun işsiz günləri yaxın vaxtlarda başa çata bilər. Sport24.az-ın əldə etdiyi etibarlı məlumata görə, 56 yaşlı keçmiş müdafiəçinin bu həftə AFFA-nın vitse-prezidenti Balakişi Qasımov ilə görüşü planlaşdırılır.

Məlumata əsasən, görüşdə Əhmədovun gələcək fəaliyyəti müzakirə olunacaq. Onun ya milli assosiasiya strukturunda, ya da hansısa klubda vəzifə alması ehtimal edilir.

Qeyd edək ki, Tərlan Əhmədov son olaraq 2022/2023 mövsümündə Kəpəz klubunun baş məşqçisi kimi çalışıb.