ABŞ prezidenti Donald Tramp Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu və Argentina yığmasının forvardı Lionel Messini möhtəşəm oyunçular adlandıraraq, hər ikisinə heyran olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlama verib:
"Həm Messi, həm də Ronaldo möhtəşəmdir. Bu barədə danışmaq istəmirəm, amma mən Pelenin "Nyu-York Kosmos"un formasını geyinərkən oyununu izləmişəm. Onlar dahi oyunçulardır. Başqaları da var. Bu məlumatı böyük futbol azarkeşi olan oğlum Barrondan alıram.
Mən həmişə Ronaldonu və Messini bəyənmişəm. Leo ilə təzə tanış oldum və Kriştianonu isə tanıyırdım. Əslində, onların həyatı məndən daha asandır, olduqca yaxşı yaşayırlar!"
Qeyd edək ki, Messi "Qızıl top" mükafatını 8, Ronaldo isə 5 dəfə qazanıb. Messi futbol tarixində bu mükafatı ən çox alan futbolçudur.