İngiltərənin “Tottenhem” klubu futbolçusu Huqo Lyorislə yeni müqavilə imzalayıb.

Sport24.az xəbər verir ki, fransalı qapıçı ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu 2012-ci ilin yayından “Tottenhem”də çıxış edir.