"Bavariya" (Almaniya) və "Tottenhem" (İngiltərə) klubları yoldaşlıq matçında qüvvələrini sınayıblar. Sport24.az xəbər verir ki, Cənubi Koreyada keçirilən qarşılaşmada "Bavariya" 2:1 hesabı ilə qalib gəlib.
Hesabı görüşün 4-cü dəqiqəsində Bundesliqa təmsilçisi Qabriel Vidoviç açıb. 56-cı dəqiqədə Leon Qoreçka ikinci qolu vurub.
İngiltərə kollektivinin yeganə qolunu isə 65-ci dəqiqədə Pedro Porro vurub.