"Bavariya"nın hücumçusu Tomas Müller UEFA Çempionlar Liqasında Kriştianu Ronaldu və Rayan Giqqzin nailiyyətini təkrarlayıb. Sport24.az "Opta Sport"a istinadən xəbər verir ki, 35 yaşlı oyunçu buna "Şaxtyor"a qalib gəldikləri (5:1) Liqa mərhələsinin VI turunun matçında fərqlənməklə nail olub.

 

Müller, Ronaldu və Giqqz ardıcıl olaraq ÇL-də ən azı bir qol vurmaqla 16 mövsüm keçiriblər. Yalnız Lionel Messi və Kərim Benzema 18 mövsümdə fərqləniblər.

 

Qeyd edək ki, Tomas Müller cari mövsüm bütün yarışlarda 20 qarşılaşmada iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.