"Barselona"nın qapıçısı Voyçex Şesnı təkcə yüksək səviyyəli çıxışları ilə deyil, həm də siqaret alüdəçiliyi ilə tanınır. Sport24.az xəbər verir ki, polşalı qolkiper tütünün tüstüsündən zövq aldığını gizlətmir.

 

Lakin 36 yaşlı futbolçu nikotinin sağlamlığa zərərini xatırladaraq, heç kəsə onun nümunəsini təkrarlamağı qəti şəkildə məsləhət görmür:

 

​"Mənim elə bir vərdişim var ki, o, iradəmdən güclü çıxdı. Digər oyunçuların da öz qüsurları var. Kimisi nikotin, kimisi spirtli içki, kimisi də mərc oyunları ilə məşğuldur. Heç kəsə siqaret çəkməyi məsləhət görməzdim. Bu, zərərlidir. ​Mən bunu çox yaxşı başa düşürəm, amma heç nə edə bilmirəm".

 

​Xatırladaq ki, Şesnı 2024-cü ilin yayından bəri "Barselona"nın şərəfini qoruyur.