Danimarkanın "Orhus" klubunun futbolçusu Tobias Bex Çempionlar Liqasında "Sabah"a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, vinger 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Matça yaxşı başlasaq da, son iyirmi dəqiqə oyundan qopduq. Rəqib hesabı bərabərləşdirsə də, VAR qolu ləğv etdi. Ümumi olaraq, hisslərim yaxşıdır. "Lex"lə matçı düşünsək, ilk matçda gözəl nəticə əldə etdik.

 

"Sabah"ın yaxşı komanda olduğunu gördük. Güclü pressinq edirlər və hücuma əla çıxırlar. Cavab matçı çətin olacaq. Qələbə bizim üçün çox yaxşı nəticədir".

 

"Sabah" ilə "Orhus" arasındakı ikinci matç avqustun 13-də Bakıda olacaq.