"Napoli"nin hücumçusu Romelu Lukaku MLS klublarından və Səudiyyə Ərəbistanından gələn bir neçə təklifi rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlörinə görə, belçikalı  karyerasını Avropada davam etdirməkdir.

 

Lukaku mövsümöncəsi məşqlər üçün "Napoli"yə qoşulmayıb və agenti transfer üzərində işləməyə davam edir.

 

qeyd edək ki, daha əvvəl "Fənərbaxça", "Beşiktaş" və "Atlanta Yunayted"in Lukaku ilə maraqlandığı və "Napoli"nin transfer üçün 10 milyon avro istədiyi bildirilirdi. Onun Neapol klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.