"Monako"nun futbolçusu Maqnes Akliuş karyerasını PSJ-də davam etdirəcək. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Paris klubu ilə anlaşıb.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Akliuşun keçidi bu həftə tamamlanacaq.

 

"Monako" fransalının satışından 50 milyon avro qazanacaq.

 

Akliuş Fransa yığmasının da üzvüdür.