"Barselona"nın hücumçusu Robert Levandovskinin tezliklə Kataloniya klubundan ayrılacağı gözlənilir. Sport24.az "Sportowe Fakty" portalına istinadən xəbər verir ki, "Əl-Hilal" polyak hücumçunun transferində maraqlıdır.

 

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu Levandovskiyə ildə 90 milyon avro maaş ödəməyə hazırdır.

 

İki gün öncə mətbuatda hücumçunun karyerasını "Porto"da davam etdirəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 

 

Qeyd edək ki, Levandovski bu mövsüm La Liqada 28 oyunda 13 qol vurub. Polşalı forvard 2022-ci ilin yayından "Barselona"da oynayır.