"Mançester Yunayted" növbəti mövsümdə qapıçı Andre Onanaya ümid bəsləmir. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda icarə əsasında "Trabzonspor"un formasını geyinən 30 yaşlı qolkiper növbəti mövsümdə "qırmızı şeytanlar"ın əsas heyətində düşmək uğrunda mübarizə aparmağı planlaşdırırdı. Lakin "Yunayted" kamerunlu qapıçı ilə yolları ayırmağı düşünür.
Ancaq yüksək maaş səbəbindən "Mançester Yunayted" Onananı satmaqda çətinlik çəkir. Kamerunlu futbolçunun məvacibinin yüksək olması bir çox potensial namizədləri çəkindirir. Ötən mövsüm "qırmızı şeytanlar" Avrokuboklara vəsiqə qazana bilməyib və qapıçının maaşı azaldılıb. Bu da icarə müqaviləsinin davam etməsinə imkan verib. İndi "Yunayted" Çempionlar Liqasına vəsiqə qazanıb ki, bu da qolkiperin məvacibini daha da artıracaq.
Qeyd edək ki, Onana bu mövsüm "Trabzonspor"un heyətində bütün turnirlərdə 32 oyun keçirib, 39 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.