"Mançester Yunayted" bu yay ən azı beş yeni oyunçunu "rənglərinə bağlamağı" planlaşdırır. Sport24.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" üç mərkəz yarımmüdafiəçisi, bir sol cinah müdafiəçisi və bir ehtiyat hücumçu əldə etmək niyyətindədir.

 

Üçüncü yarımmüdafiəçinin alınmasının Manuel Uqartenin satışı ilə maliyyələşdiriləcəyi bildirilir.

 

"Old Trafford" klubunun həmçinin 22-26 yaş arası oyunçuları hədəf aldığı söylənilir.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted"in "Atalanta"nın yarımmüdafiəçisi Ederson və "Vest Hem"in oyunçusu Mateus Fernandeslə maraqlanır.

 

Qeyd edək ki, potensial namizədlər siyahısına Elliott Anderson, Sandro Tonali, Aleks Skott, Adam Uorton, Kalos Baleba və Joao Qomes də yer alıb.