"Nyukasl" və İngiltərə millisinin hücumçusu Entoni Qordon karyerasını "Bavariya"da davam etdirməyə yaxındır. Sport24.az insayder və "GiveMeSport" jurnalisti Ben Ceykobsa istinadən xəbər verir ki, Münhen klubu 25 yaşlı futbolçu ilə razılığa gəlib.

 

Mənbənin sözlərinə görə, futbolçu keçidə razılıq versə də, klublar hələ ki, ortaq məxrəcə gələ bilməyiblər. "Sağsağanlar"ın oyunçuya görə 75 milyon funt sterlinqdən çox pul istədiyi bildirilir.

 

Qeyd edək ki, Qordon bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.