Karlos Teves Argentina təmsilçisi "Talleres"in baş məşqçisi postundan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Mənbənin sözlərinə görə, "mavi və ağlar" 42 yaşlı mütəxəssisin bu yay başa çatacaq müqaviləsini yeniləməyəcək. Argentinalı məşqçi isə karyerasını davam etdirməyə hazırdır.
Teves ötən ilin iyulundan "Talleres"in "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında 35 oyun keçirib, 13 qələbə, 11 məğlubiyyət və 11 heç-heçə qeydə alıb. "Talleres" mövsümü dördüncü yerdə başa vurub və ölkə kubokunda isə mübarizəni 1/8 finalda dayandırıb.