"Real"ın prezidenti Florentino Peres komandasının uğursuz mövsümünü şərh edib. 2025/26 mövsümündə bir dənə də olsun kubok qazana bilməyən klubun rəhbəri "El Chiringuito TV"yə açıqlamasında problemin ötən il keçirilən FIFA Klublararası Dünya Kubokundan qaynaqlandığını vurğulayıb:

 

"Uğursuzluğun kökündə FIFA Klublararası Dünya Kuboku dayanır. Mövsümöncəsi oyunlara yaxşı hazırlaşmadıq. Hər üç gündən bir oynayırdıq. Çoxlu zədələrimiz var idi". 

 

Qeyd edək ki, "Kral klubu" bu mövsüm La Liqada ikinci yeri tutub. Çempionlar Liqasında dörddəbir finalda "bavariya"ya uduzaraq mübarizəni dayandırıb. 1/8 finalda "Albeseta"ya 2-3 hesabı ilə məğlub olaraq Kral Kubokundan çıxıb. Super Kubok finalında isə "Barselona"ya 2-3 hesabı ilə uduzub.