"Liverpul"dan ayrılacağı açıqlanan Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, misirli futbolçu "Fənərbağça"nın təklifini qəbul edib.
Bu barədə "El Fagr" nəşri məlumat yayıb. Xəbərdə Salahın Türkiyə klubunun illik 20 milyon avroluq üç mövsümlük təklifinə "hə" dediyi bildirilib.
Salah yayda "Liverpul"dan ayrılacaq. O, bu mövsüm Premyer Liqada 25 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.