İraq millisi dünya çempionatı öncəsi problemlə üzləşib. Sport24.az xəbər verir ki, yığmanın 5 futbolçusu ABŞ-yə viza ala bilməyib. Bu barədə "Shafaq News" portalı məlumat yayıb.

 

Müxtəlif səbəblərə görə İbrahim Bayeş, Mohanad Əli, Zaid Tahsen, Heydər Əbdulkərim və Əli Əl-Həmədiyəyə viza verilməyib. İraq Futbol Assosiasiyası kömək üçün FIFA-ya müraciət edib.

 

İraq yığması ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında İ qrupunda Fransa, Seneqal və Norveçlə mübarizə aparacaq.

 

Mundial iyunun 11-də start götürəcək.